- Köhnə - Cəmiyyət
- 1 Avqust 2014 21:50
- 7 509
Şəhidlərin dəfnindən ürək dağlayan görüntülər- VİDEO
Şəhidin cənazəsi qulluq etdiyi hərbi hissənin rəhbərliyinin müşayiəti ilə altı ay əvvəl hərbi xidətə yola salındığı evinə gətirilib.
Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Ağdam istiqamətində şəhid olan hərbçilərdən 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov isə Salyan rayonunda torpağa tapşırılıb.
Şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.
Allah rəhmət eləsin!
AzNews.az