“Qarabağ müharibəsi başlasa, 100 min döyüşçü ilə Azərbaycanda olacağıq”

Yusif Ziya Arpacıq 1992-ci il Qarabağ müharibəsi zamanı da yardım etmək üçün Azərbaycana gəlmişdi
"Qarabağ müharibəsi başlayarsa yüksək təlim görmüş 100 min könüllü döyüşçü ilə Qafqazda olacağıq! Görüş yerimiz İrəvandadır!".

Oxu.az xəbər verir ki, bu sözləri son zamanlar Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlı "Rüzgar birliyi"nin komandiri Yusif Ziya Arpacıq öz "facebook" səhifəsində yazıb.

Qeyd edək ki, Yusif Ziya Arpacıq 1992-ci il Qarabağ müharibəsi zamanı da yardım etmək üçün Azərbaycana gəlmişdi.

AzNews.az