- Köhnə - Cəmiyyət
- 12 Avqust 2014 08:52
- 1 939
Bu rayonlarda qaz kəsiləcək
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi ilə planlaşdırılmış təmir işlərinin aparılması ilə əlaqədar 2 gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə, Qazax-Qazıməmməd magistral qaz kəmərində təmir işləri ilə əlaqədar işlər başa çatanadək Ağstafa rayonu və Tovuz rayonunun bir hissəsinə, saat 16:00-dək isə Goranboy şəhərinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
AzNews.az