2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların sayı planın 76,25 %-ni təşkil edib. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların sayı planın 76,25 %-ni təşkil edib.

Azərbaycanda magistraturaya qəbul planı 23 faiz boş qalıb

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların sayı planın 76,25 %-ni təşkil edib.



AzNews.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, boş qalan plan yerlərinə müsabiqədən sonra 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına plan yerlərinin dolmamasına səbəb kimi bəzi proqramlar üzrə imtahan verənlərin birinci mərhələ üzrə və ya ixtisas biliklərinin zəif olması, plan yerlərinin Azərbaycan və rus bölmələri üzrə ayrı verilməsi, qiyabi təhsilalma forması üzrə plan yerlərinin olmaması, tədrisi ingilis(alman) dilində olan ixtisaslaşmalar üçün müsabiqə şərtini ödəyənlərin az olması və s. göstərilə bilər. Qəbul proqramları üzrə qəbulolma faizi müxtəlif olub.

Filologiya (dillər üzrə) ixtisaslarına aid olan 41 saylı proqram, Tərcumə (tərcümə, rus, ing. və s.) ixtisasına aid olan 43 saylı proqram, Jurnalistika ixtisasına aid olan 44 saylı, Kitabxanaçılıq və informasiya ixtisaslarına aid olan 45 saylı proqram, Dinşünaslıq ixtisasına aid olan 51 saylı proqram üzrə ikinci mərhələdə imtahan vermək istəyənlərin birinci mərhələdəki nəticələrinin aşağı olması səbəbindən bu proqramları seçənlərin sayı qəbul planından az olub. Bu proqramlar üzrə müsabiqə vəziyyətinin aşağı olması əvvəlcədən məlum idi.

Elektroenergetika mühəndisliyi, Elektrik mühəndisliyi ixtisaslarına aid olan 3 saylı proqram, Dünya iqtisadiyyat, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi , Kommersiya, İstehlak mallarının ekspertizası və marketinqi ixtisaslarına aid olan 26 saylı proqram, Tarix, Tarix müəllimliyi ixtisaslarına aid olan proqram 46 saylı proqram, Regionşünaslıq, Beynəlxalq münasibətlər ixtisaslarına aid olan 47 saylı proqram, Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasına aid olan 57 saylı proqram üzrə imtahan verən bakalavrların ixtisas biliklərinin zəif olması səbəbindən qəbulolma faizi aşağı olub.

Tədrisi alman dilində olan ixtisaslaşmalar üçün imtahanın birinci mərhələsində xarici dil kimi alman dili üzrə imtahan verib 15 və daha çox bal toplanılması şərtini ödəyən bakalavrların sayının az olması səbəbindən 49 saylı proqram üzrə Bakı Dövlət Universitetinin Avropa hüququ ixtisaslaşmasının 3 plan yeri boş qalıb.

AzNews.az