Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibətilə müəllim,şagird, tələbə heyətini təbrik edib. Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibətilə müəllim,şagird, tələbə heyətini təbrik edib.

Təhsil nazirindən “Bilik günü” təbriki

Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibətilə müəllim,şagird, tələbə heyətini təbrik edib.



AzNews.az nazirin təbrikini təqdim edir:

- Əziz müəllimlər, tələbələr və şagirdlər ,hörmətli valideynlər!

Sizin yeni təhsi ilinizi təbrik edirəm!


Bugün hamımızın həyatında xatırlaya biləcəyimiz, arzu,həyəcan və xəyalları ilə gələcəyə baxdığımız "Bilik günü"dür. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.

Adı "Bilik günü" kimi qeyd olunan bugün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır.

Məktəbimiz nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.

Ölkəmizdə təhsilin inkişafı bizdən, sizdən - bütövlükdə hamımızdan birbaşa asılıdır. İnanıram ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.

P.S. Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinifə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm!

AzNews.az