“Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir sıra cəzaçəkmə müəssisələrində məhbuslar üçün maarifləndirmə seminarları keçirib. “Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir sıra cəzaçəkmə müəssisələrində məhbuslar üçün maarifləndirmə seminarları keçirib.

Məhkumlar üçün maarifləndirmə seminarları keçirilib

“Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir sıra cəzaçəkmə müəssisələrində məhbuslar üçün maarifləndirmə seminarları keçirib.



Birliyin İctimaiyyətlə əlaqələr departamentindən AzNews.az-a verilən məlumata görə, seminarlar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində qadın koloniyası da daxil olmaqla, Penitensiar Xidmətin dörd fərqli cəzaçəkmə müəssisəsində baş tutub. 200-dək azadlığa çıxmaq ərəfəsində olan məhkumun iştirakı ilə zərərin azaldılması proqramı və azadlığa çıxdıqdan sonra sosial adaptasiyanı təmin edə biləcək məsələlər barəsində maarifləndirici görüşlər təşkil olunub. Bu tədbirlər "Gənclərinin Sosial Problemlərinin Həllinə Kömək" İB ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi arasında 30 avqust 2013-cü ildə imzalanmış müqavilə əsasında, "Global Fond"un maliyyə dəstəyi ilə "Məhkumlar üçün İİV profilaktikası və sağlamlığın təbliğatı üzrə təlim/məlumat sessiyaları"nın və "Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərlə, xüsusilə də İİVYİ-in ART müalicəsinə bağlılığın təmin edilməsi və İİV/QİÇS-lə yaşayan insanlara və riskli qrupların nümayəndələrinə azad olunandan sonra hüquqi, psixoloji, tibbi və sosial yardımın göstərilməsi" layihəsi çərçivəsində həyata keçirilib.

Tədbirlərin əsas məqsədi məhkumluğunun son aylarını yaşayan daha çox şəxsi layihə ilə tanış etmək, azadlığa çıxan kimi yaşaya biləcəkləri hüquqi, sosial və digər çətinliklərin aradan qaldırılmasında ala biləcəyi dəstək barəsində onları məlumatlandırmaq və xüsusilə infeksiyon xəstəlik daşıyıcısı olan şəxslərin müalicəyə cəlb olunması məqsədilə maarifləndirilməsi idi.

Layihənin və zərərin azaldılması proqramının təbliği məqsədilə tədbirlər zamanı maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.
image description image description image description image description