Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hər şey ordu üçün, hər şey qələbə üçün” adlı hərbi vətənpərvərlik tədbiri keçirildi. Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hər şey ordu üçün, hər şey qələbə üçün” adlı hərbi vətənpərvərlik tədbiri keçirildi.

Hər şey ordu üçün, hər şey qələbə üçün

Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hər şey ordu üçün, hər şey qələbə üçün” adlı hərbi vətənpərvərlik tədbiri keçirildi.





AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, hərbi qulluqçuların, Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimai xadimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatları Zahid Oruc və Xanhüseyn Kazımlı gündən-günə qüdrətlənən Azərbaycan ordusundan fəxarətlə bəhs etdilər. Bildirdilər ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək, gec-tez öz ərazi bütövlüyünü təmin edəcək.

Tədbirdə silahlı qüvvələrin ansamblının, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edildi.

Xüsusi təyinatlı qrupun döyüş bacarığını nümayiş etdirməsi, qədim və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimində olan əsgərlər, ifa edilən mahnı və rəqslər iştirakçılarda yüksək ovqat yaratdı.

AzNews.az