Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlama verdi. Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlama verdi.

Nazirdən açıqlama- VİDEO

Müdafiə naziri Zakir Həsənov təlimlərdən sonra ANS-ə ekskluziv açıqlama verdi.

O, bir daha bəyan etdi ki, bu tarixi təlimin baş tutmasında Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi olub. Yeri gəlmişkən bu gün Türk ordusunun Azərbaycandakı nümayəndə heyətinin rəhbəri də məhz bizə danışdı. Baxmayaraq ki, Türk ordusunun əsgərinin müsahibə verməsi təsadüfdür. Amma onlar bunu da Azərbaycan üçün etdilər.

Zakir Həsənov ANS-ə bildirdi ki, bütün planlar, təlimlər Ali Baş Komandan, möhtərəm cənab prezidentin göstərişi ilə həyata keçirilir: "Bizim qabaq, Türkiyə ilə birgə müxtəlif hərbi hissələrdə quru qoşunların təlimləri olmuşdu. Bu təlimlər həm qardaş Türkiyədə, həm də Azərbaycanda keçirildi. Ancaq iki ölkənin birgə hərbi hava qüvvələrinin təlimləri ilk dəfə idi ki, Azərbaycanda keçirilirdi. Çox önəmli olan məsələ odur ki, bizim pilotlarımız, Türkiyə Silahlı Qüvvələrinin pilotları ilə birgə döyüş tapşırıqlarını yerinə yetirməkdə, bir-birini sığortalamaqda, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçirdilər. Və mən bu təlimləri yüksək qiymətləndirirəm və biz təlimləri bundan sonra da davam etdirəcəyik, daha geniş bir səviyyədə. Mən maksimum dərəcədə tapşırıq verdim ki, bu təlimlər real döyüş vəziyyətinə yaxın həyata keçirulsin.

Türkiyə Hərbi Hava Qüvvələrinin təlim bölümünün rəhbəri Nihat Çakıroğlu isə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərin keçirilməsini çoxdan gözlədiklərini dedi:

"Bizim tariximiz, atalarımız, dilimiz eyni, özəliklə də bunun təməlində bir sevgi var Azərbaycana qarşı. Çünki bizim ürəklərimiz bərabər üzülür, bərabər sevinir, iki ölkə olaraq. 20 ildir biz, məhz bu anı gözləyirik. Qardaşlarımızla barabər əməliyyat həyata keçirmək həsrəti ilə alışıb yanırdıq. Təlimlər bundan sonra da davam etdiriləcək. Təlimlər burda başladı, amma burada bitməyəcək. Növbəti illərdə də təlimləri həm Türkəyədə, həm də Azərbaycanda davam etdirəcəyik, məhz qardaşlarımızla birlikdə".

Azərbaycan-Türkiyə hərbi təlimləri yekunlaşmaq üzrədir. Bu təlimlərin yekun təhlilini və nazirmizin geniş müsahibəsini həftəsonu efirə gedəcək "Hesabat" verlişində görəcəksiz.



AzNews.az