Sabah Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək. Sabah Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Sabah hava necə olacaq ?- Proqnoz

Sabah Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

AzNews.az