Milli Məclisin dünənki iclasında azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun müdafiəsi ilə bağlı millət vəkili İqbal Ağazadə maraqlı təkliflə çıxış edib. səsləndirdi. Milli Məclisin dünənki iclasında azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun müdafiəsi ilə bağlı millət vəkili İqbal Ağazadə maraqlı təkliflə çıxış edib. səsləndirdi.

“Bu yaxınlarda Xankəndinə getməyə çalışacam” – İqbal Ağazadə

Milli Məclisin dünənki iclasında azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun müdafiəsi ilə bağlı millət vəkili İqbal Ağazadə maraqlı təkliflə çıxış edib. səsləndirdi.



O, Kəlbəcər girovlarına vəkillik üçün Xankəndinə getmək istədiyini bildrib. Deputat bunun üçün Milli Məclis rəhbərliyindən dəstək gözlədiyini də gizlətməyib. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən İ.Ağazadə Dilgəm Əsgərovla, Şahbaz Quliyevin hüquqlarını Cinayət Prossesula Məcəlləsinin tələblərinə uyğun müdafiə etməyəcəyini söylədi. O, girovların müdafiəsinin hüquqi baxımdan çox siyasət spektindən qurmaq lazım olduğunu bildirdi:

"Çox istəyirəm ki, girovlarımızın müfadiəsi üçün Xankəndində olum və onların müdafiəsini təşkil edə bilim. Əlbətdə, burada hüquqi müdafiədən çox, siyasi müdafiədən söhbət gedir. Bilirsiniz ki, mühakimə edən, ittiham irəli sürən tərəf qeyri-qanunidir. Məsələyə də məhz siyasət spektindən yanaşmaq lazımdır və müdafiəni hüquqdan çox siyasət üzərində qurmaq lazımdır. O, siyasi spekterdən ki, Qondarma Dağlıq Qarabağ adlı qurum dünyanın heç bir təşkilatı tərəfindən tanınmayıb, beynəlxalq hüquq normaları işləmir. Bu ölkələrdə hüquqi nazirlik prinsipini yalnız ayrı-ayrı fərdlər müəyyən edir, beynəlxalq hüquq normalarına uyğun deyil, Azərbaycan ərazilərində qeyri-qanuni yaradılmış dövlətdir, separatizm nəticəsində meydana gəlib. Odur ki, işğal faktorlarına, siyasi məsələlərinə diqqət ayrılmalıdır. Yoxsa, heç kim düşünməsin ki, orada məhkəmədə Dilgəm Əsgərovla, Şahbaz Quliyevin hüquqlarını Cinayət Prossesula Məcəlləsinin tələblərinə uyğun müdafiə olunacaq. Yox. Burada söhbət siyasi müdafiədən gedir".

Bir millət vəkilinin həmin məhkəmədə iştirakının adi vəkildən daha effektiv olacağını hesab edən İqbal Ağazadənin sözlərinə görə, məhkəməyə dünyanın diqqətini çəkmək lazımdır.

"Əvvəlcə məhkəməyə o sual ünvanlanmalıdır ki, siz, hansı beynəlxalq hüququn subyektisiniz ki, insanları mühakimə edib, hansısa qərar qəbul edirsiniz? Hansı ölkənin prokurorusunuz ki, ittiham irəli sürürsünüz? Siz hansı ölkənin vətəndaşı və ya sələhiyyətli qurumusunuz ki, sizi beynəlxalq aləmdə tanıyan bircə, qurum yoxdur. Bu cür siyasi məsələlər ortaya gəlməlidir və dünyanın diqqəti buna yönəlməlidir. Hesab edirəm ki, mənim bir millət vəkili kimi iştirakım adi vəkilin iştirakəndan daha effektiv olar. Çünki bu məslənin siyasi tərəfləri hüquqi tərəflərindən daha çoxdur. Hər halda buna çalışacağıq. Mən hər halda təklifimi Parlament kimi ciddi tribunadan səsləndirmişəm və sonuna kimi getməyə hazıram"-deyə İqbal Ağazadə bildirib.


Gültəkin ƏLƏSGƏR
AzNews.az