“GÜLƏR ƏHMƏDOVA GÜLMƏDİ GETDİ” “GÜLƏR ƏHMƏDOVA GÜLMƏDİ GETDİ”

“Facebook” Gülər Əhmədovanın axırına çıxdı

“GÜLƏR ƏHMƏDOVA GÜLMƏDİ GETDİ”



Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədovun Gülər Əhmədova ilə bağlı verdiyi bəyanat "Facebook"dakıları yenə "dilə gətirdi". Bü günlər ərzində sosial şəbəkədə millət vəkilinin həm "alverçi elədilər", həm "mandatını əlindən aldılar", həm "həbs elədilər", həm də...

Qeyd edək ki, Əli Əhmədovun sözlərinə görə, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır: "Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda, o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir".
Bu xəbər yayılar-yayılmaz "Facebook"da ictimai şəxslərin statusları yazılmağa başladı. AzNews.az onları təqdim edir:

Bəxtiyar Hacıyev: ‎"Gülər Əhmədova YAP-ı Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirmişdir" - Əli Əhmədov, YAP sədr müavini. Əli müəllim, Gülər Əhmədovanın əməlləri təkcə YAP-a deyil, bütövlükdə dövlətimizə ləkədir!!!"

Aqil Aslan: "YAP sədrinin müavini Əli Əhmədov: "Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk".

Natiq Ədilov: "Əli Əhmədov deputat həmkarı Gülərin hərəkətlərini özləri üçün ləkə adlandırdıqdan sonra, ikincinin qardaşı, Günəbaxan verilişinin aparıcısı İlqar Mikayıloğlu ona mesaj yollayıb: "Mən Gülərin qardaşıyam. Əgər özünüzü belə kişi sayırsızsa, gəlin söhbət eləyək. Tüpürüm siyasətə də. Mənə mənim bacım vacibdir. Gəlin, gözləyirəm.."

Yeganə Hacıyeva: "Hə, Əli Əhmədov,indi bu razborkada staji olan dələduz hamınızı qoysun bir-bir "baqaja", siz də baxın! Bu sizə Hacı Məmmədov deyil, ağzına su alıb sakitcə otursun! Saxta Parlament buraxilsin!!!"

Vəfa Nağı: "Əzizinəm Gülərəm,
Rüşvət versən gülərəm.
YAP-dan xaric olmuşam,
Mandat versən gülərəm"

Fərid Şahbazlı: "Gülər Əhmədova, bəlkə də, yeganə adamdır ki, onun bu hallara düşməsinə görə kimsə "heyf.." deye bilmir. Bu xanım-yəni 10 ilin deputatı mənim - 9-cu sinifdə oxuyan sagirdin yaratdıığı uşaq təşkilatına bele qısqanclıqla yanaşaraq ailəmi təhdid edirdi, məni "uşaq kolonuna" salmaqla hədələyirdi. Aktiv jurnalist fəaliyyetine başlayanda da üzerimə hücuma keçdi. O zaman üçün dəyərli dostlar sağ olsun, meni qorudular... Amma men indi heç nə demirəm... Sadəcə bir daha əmin oldum ki, kimsə Tanrının ədalətindən kənarda qala bilməz..."

Cəlil Cavanşir: "Bir il iki ay əvvəl Gülər Əhmədovaya yazmışdım :" ...Bunu ya siz verəcəksiniz, ya mən alacam, ya da sizdən başqa bir yolla bu pullar çıxacaq! Enerjinin itmədiyinə inanıram və mənfi enerjinin geriyə dönməyindən qorxmağınızı tövsiyyə edirəm. Təbiət bizdən çox ədalətlidir!
("Mərkəz"dən qaçmaq)"

Həbib Müntəzir: "Prezident Aparatının sözçüsü Əli Həsənov: Gülər Əhmədova birini millət vəkili etmək üçün 1 milyon dollar istəmir! Görəcəksiniz ki, elə deyil. Araşdırmanın nəticələrini gözləyin! (26 sentyabr 2012)
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov: Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. (28 sentyabr 2012)
Şərəf, ləyaqət, vicdan: Bizim daha sizə sözümüz yoxdur!"

Dilqəm Əhməd: "Sən Gülməz oldun :)"

Ceyhun Musaoğlu: "GÜLƏR ƏHMƏDOVA GÜLMƏDİ GETDİ"

Elmin Həsənli: "Gülər Əhmədovanın dələduzluq hərəkətlərini YAP-a ləkə kimi qiymətləndiririk"- bu artıq həbs deməkdir"

Aydın Eyvaz: "Bütün saytlar olub guler.az"

Sevinc
AzNews.az