Həşimlinin vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir. Həşimlinin vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Jurnalistin şikayəti təmin edilmədi

Həşimlinin vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayətini təmin etməyib.

"Qafqazinfo" xəbər verir ki, məhkəmə jurnalist barəsində ittiham hökmünü qüvvədə saxlayıb, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

"Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 15-də onu qanunsuz silah və döyüş sursatları saxlamaqda, istifadə etməkdə, silah və döyüş sursatları qaçaqmalçılığında təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib. Həşimli bildirib ki, bu iş üzrə təqsirləndirilən digər şəxs – Qurbanov ona böhtan atıb.