Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə uşaqlar üçün bayram şənliyi keçirilib. Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə uşaqlar üçün bayram şənliyi keçirilib.

Heydər Əliyev Fondu körpələrə bayram sevinci bəxş etdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə uşaqlar üçün bayram şənliyi keçirilib.



AzNews.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, rayon İcra hakimiyyətinin məsul işçiləri, sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondunun uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirməsi və bu işin gündən-günə artması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Daha sonra tədbir bayram şənliyi konserti ilə davam edərək Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhramanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları ilə bayram ovqatını daha da artırıb. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz olub.

Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb.
image description image description image description image description image description image description image description image description image description