“Artıq necə gündür ki, Vaqif aramızda yoxdur. Mətbuat, yaxın dost-tanışlar hələ də onun ölüm xəbəri ilə barışa bilmir. Həyat yoldaşı kimi elə mən də barışa bilməmişəm”. “Artıq necə gündür ki, Vaqif aramızda yoxdur. Mətbuat, yaxın dost-tanışlar hələ də onun ölüm xəbəri ilə barışa bilmir. Həyat yoldaşı kimi elə mən də barışa bilməmişəm”.

“Vaqifin ölümü ilə barışa bilmirəm” – Həyat yoldaşı

“Artıq necə gündür ki, Vaqif aramızda yoxdur. Mətbuat, yaxın dost-tanışlar hələ də onun ölüm xəbəri ilə barışa bilmir. Həyat yoldaşı kimi elə mən də barışa bilməmişəm”.



Bu sözləri AzNews.az-a açıqlamasında Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bildirib.

Onun sözlərinə görə, bu faciəni yaşamaq çox çətindir: "Əzizini, sevdiyini itirən insan necə olmalıdır? Bilmirəm necə olacaq? Bunu qaldıra biləcəyəmmi? Çox çətindir..."

N.Vəkilova ona bu ağır günündə dəstək olan bütün insanlara minnətdarlıq edib: "Vaqif elə insan idi ki, həmişə hamıya minnətdarlıq edirdi. Heç vaxt heç kəsdən narazı deyildi. Bu mənada hamı sağ olsun. Bizi istər Vaqif xəstə olanda, istərsə də bu ağır gündə həmişə yad etdilər və bu gün də yad edirlər".

Qeyd edək ki, yanvarın 28-də dünyasını dəyişən Vaqif Səmədoğlu xərcəng xəstəliyindən əziyyət çəkirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az