- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2012 06:18
- 3 172
Azərbaycan ərazisinin 10,2 faizi xüsusi mühafizə olunur
Nazirliyin məlumatına görə, 3 oktyabr "Birdlife İnternational" təşkilatının təklifi ilə bütün dünyada "Ümumdünya Quşların Müşahidəsi Günü", 4 oktyabr isə "Ümumdünya Heyvanların Mühafizəsi Günü" kimi qeyd olunur:"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.
Bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılıb. Mərkəzin əsas məqsədi qeyri–qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran canlılar dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılib".
Elnarə Əlosmanqızı
AzNews.az