Zəlzələlərin intensivləşməsinin səbəbləri açıqlandı

"Son zamanlar zəlzələlərin sayının artması yerin tərkibində gedən dəyişiklik və geodinamik proseslərin inkişafi ilə bağlıdır". Bu fikri AMEA-nın Geologiya İnstitutunun direktoru Akif Əlizadə Bakıda seysmik aktivlik mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.

İnstitut direktoru bildirib ki, son zamanlar zəlzələlərin sayı təkcə ölkəmizdə yox, ümumilikdə bütün qitədə artıb: "Azərbaycan seysmik cəhətdən fəal bölgədə yerləşir. Ona gör də müxtəlif zəlzələlər tez-tez baş verir".

A.Əlizadə bir gündə ölkədə 2 zəlzələnin baş vermə səbəblərinə də aydınlıq gətirərək, bunu ərazidə gərginliyin toplanması ilə əlaqələndirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 30 seysmik stansiya fəaliyyət göstərir və rəqəmsal sistem formalaşdırırlıb.

Sevinc Fədai
AzNews.az