Temperatur aşağı düşəcək

Oktyabrın 10-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq. Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilib.

Bölgələrdə isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Departamentin məlumatına görə, bu gün axşam və oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimində dəyişiklik gözlənilir. Belə ki, ötən günlərlə müqayisədə temperatur 4-6 dərəcə aşağı enərək 19-24 dərəcə isti təşkil edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az