Gənc liderlər bir araya toplanır

Fərhad Məmmədov Rusiya və Türkiyəyə rəsmi səfər edəcək



Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 11-13 oktyabr 2012-ci il tarixlərində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi Rusiya – Azərbaycan Gənclərinin Forumunda iştirak etmək üçün Moskva şəhərinə səfər edəcək.

Daha sonra Fərhad Məmmədov Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyi (TÜRKPA) tərəfindən 14-16 oktyabr 2012-ci il tarixində müxtəlif ölkələrdən olan gənc liderlərin iştirakı ilə "Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu" mövzusunda Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Beynəlxalq Forumda iştirak və çıxış etmək üçün Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, Forumun təşkilinin məqsədi regionda və Avrasiya məkanında sülh və sabitliyin əldə olunmasında əsas vasitəçilərdən olan gənc liderlərin konstruktiv dialoqunu yaratmaq üçün onları bir araya toplamaqdır.

Azər Azəri
AzNews.az