Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ben bilmem, eşim bilir" yarışmasında iştirak edən azərbaycanlı aparıcı Vüsalə Səidin AzTV-dəki işindən kənarlaşdırılması ilə bağlı yeni məlumatlar var. Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ben bilmem, eşim bilir" yarışmasında iştirak edən azərbaycanlı aparıcı Vüsalə Səidin AzTV-dəki işindən kənarlaşdırılması ilə bağlı yeni məlumatlar var.

İşdən çıxarıldığı bildirilən AzTV aparıcısından- Yeni xəbər

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ben bilmem, eşim bilir" yarışmasında iştirak edən azərbaycanlı aparıcı Vüsalə Səidin AzTV-dəki işindən kənarlaşdırılması ilə bağlı yeni məlumatlar var.



Musavat.com-un dövlət teleradio şirkətindəki mənbədən əldə etdiyi məlumata görə, xanım aparıcının və həyat yoldaşının işdən çıxarılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Həm Vüsalə Səid, həm də həyat yoldaşı AzTV-də fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, "Ben bilmem, eşim bilir" yarışmasında qalib olan AzTV-nin "Xəbərlər" proqramının aparıcısı Vüsalə Səid və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırıldığı barədə xəbərlər yayılıb. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.

Məsələ ilə bağlı "Qafqazinfo" Vüsalə Səidlə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, kanaldan məsələ ilə bağlı heç bir rəsmi açıqlama olmayıb.