Jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsinə lazım olan vəsaitin yarısı toplanıb Jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsinə lazım olan vəsaitin yarısı toplanıb

Gülərə yardım kampaniyası davam edir

Jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsinə lazım olan vəsaitin yarısı toplanıb



Xəbər verdiyimiz kimi ANS televiziyasının xəbərlər departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova ağır xəstəliyə tutulub və hazırda Türkiyədə həkim nəzarətindədir. Onun müalicəsi üçün tələb olunan 120 min dolların toplanması məqsədilə keçirilən kampaniya davam edir.

Hüseynovlar ailəsinin dostlarının AzNews.az-a verdiyi məlumata görə, kampaniya çərçivəsində oktyabrın 13-də saat 17.00-da Park Bulvarda xeyriyyə konserti keçiriləcək. Konsertdə tanınmış müğənnilərdən Röya, Ədalət Şükürov, Zaur Əmiraslanov, Elnarə, Zamiq, Mir Yusif iştirak edəcək.

Hazırda iki uşaq anası olan Gülər Məmmədovanın müalicəsi üçün tələb edilən məbləğin 60 min manata yaxını toplanıb. Xeyriyyə konsertində iştirak etməklə hər bir insan gənc ananın həyatını xilas etmək kimi xeyirxah bir missiyanı yerinə yetirə bilər.

Kampaniyaya qoşulmaq üçün 055 823 98 10 (Seyran Bədəlov) və 055 750 55 52 (Ayaz Nizamioğlu) telefon nömrələri ilə əlaqə saxlaya və ya Park Bulvar AVM-də keçirilən yardım aksiyasına qoşula bilərsiniz.

Artıq G.Məmmədovanın müalicəsi üçün bank hesabı da açılıb.

Iki azyaşlı körpə anası olan G.Məmmədovanın müalicəsinə kömək etmək istəyənlər yardımlarını aşağıdakı hesab nömrələrinə köçürə bilərlər:

Hesabın növü Hesabın nömrəsi

USD cari 381184000207999304
AZN cari 380194400207999303
AZN kart( Kart N 5247480503447241) 380194400207999302
EUR cari 381197800207999305


"Bank Respublika" ASC MXD-nin rekvizitləri

Manat köçürmələri üçün:

"Bank Respublika" ASC Musteri Xidmeti Departamenti, m/h İBAN AZ80NABZ01350100000000014944 AMB Əİ-də, kod: 505668, VÖEN: 9900001901, SWIFT: BRESAZ22.

Vəsaitlərin xarici ölkələrindən USD ilə daxil olması üçün:

Wells Fargo Bank, New York/USA, SWIFT: PNBPUS3NNYC for credit to OJSC "Bank Respublika", Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc. No. № 2000193004380 USD for further credit to the Acc. No.

Vəsaitlərin xarici ölkələrindən EUR ilə daxil olması üçün:

Commerzbank AG, Frankfurt am Main, SWIFT: COBADEFF for credit to OJSC "Bank Respublika", Baku/Azerbaijan, SWIFT: BRESAZ22 Corr. Acc.No.400887052901 for further credit to the Acc. No.

Elnarə Əlosmanqızı
AzNews.az
image description