İmtahan fənlərinin sayı artırılmayacaq İmtahan fənlərinin sayı artırılmayacaq

TQDK əmin edir

İmtahan fənlərinin sayı artırılmayacaq



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta ümumtəhsil müəssisələrinin buraxılış sinifində təhsil alan şagirdlərə müraciət edib. Müraciətdə bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri tərəfindən buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb:

"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində edilmiş dəyişiklikləri bəzi informasiya agentlikləri düzgün şərh etməyiblər. Odur ki, bu məlumatların heç bir əsası yoxdur".

Elnarə Əlosmanqızı
AzNews.az