40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib 40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib

Yanan binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verildi

40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən APA-ya verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib.

Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək.