“Uzun illərdən sonra ilk dəfə Füzuli rayonuna getdim”. “Uzun illərdən sonra ilk dəfə Füzuli rayonuna getdim”.

İsa Qəmbər: “Biz o torpaqlara dönəcəyik”

“Uzun illərdən sonra ilk dəfə Füzuli rayonuna getdim”.

AzNews.az xəbər verir ki, bunu Müsavat Partiyasının lideri İsa Qəmbər özünün Facebook sosial səhifəsində yazıb.

İ.Qəmbər Füzuli rayonunda nəzarətdə olan kənd və qəsəbələrdə olub: "Fədakar müsavatçımız və dəyərli dostumuz Hacıbaba bəyin 40 mərasimində iştirak etdim, vəsiyyətinə görə tərtib edilmiş məzarını ziyarət etdim. Yerli müsavatçılarla və digər ləyaqətli insanlarla söhbət etdim, sərhəd məftillərindən o tərəfə, Güneyə baxdım. Bölgəni yaxşı bilən dostlarımız işğal altında olan torpaqlarımızı, Füzuli şəhərini (tarixi Qarabulaq), kəndlərimizi və Məngələnata yüksəkliyini mənə göstərdilər. Biz o torpaqlara dönəcəyik".





Bahar RÜSTƏMLİ
AzNews.az