Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Azneft meydanı”ndan Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Azneft meydanı”ndan Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Bu yolda “Oyunlar zolağı” yenidən rənglənəcək

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Azneft meydanı”ndan Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.


"Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görə, İşlər hər iki istiqamətdə aparılacaq. Bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, bakı Dairəvi-1 avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun "Lökbatan dairəsi"ndən "Bibiheybət məscidi"nədək olan hissəsində yekunlaşıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərər anlayşla yanaşmalarını xahiş edir.

Eni 3,75 metr olan "Oyunlar zolağı"nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı"na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.