Aeroport yolunda, Heydər Əliyev prospektinin Sabunçu dairəsi istiqamətində baş verən qəza nəticəsində böyük tıxac yaranıb. Aeroport yolunda, Heydər Əliyev prospektinin Sabunçu dairəsi istiqamətində baş verən qəza nəticəsində böyük tıxac yaranıb.

Aeroport yolunda böyük tıxac yarandı- SƏBƏB

Aeroport yolunda, Heydər Əliyev prospektinin Sabunçu dairəsi istiqamətində baş verən qəza nəticəsində böyük tıxac yaranıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Məlumata görə, sürücülərə alternativ olaraq Babək və Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Olimpiya Stadionu qarşısında baş verən həmin qəzada 2 avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsünün həyat yoldaşı hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün özü də ağır yaralanıb. Digər avtomobildə olan sürücü və oğlu da xəsarət alıb. Onların da vəziyyətinin ağır olduğu deyilir.