“Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Azərbaycanda telefon və nömrə satışı ilə bağlı qaydalar - Dəyişdi

“Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, artıq rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir.

Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi", hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər"ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.

İndiyə qədər Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin edib. Dəyişikliyə əsasən bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etməlidir. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu qərarın icrasını nəzarətdə saxlamaq tapşırılıb.

Naziirlər Kabineti "Rabitə müəssisələri (operatorlar)tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər"in yeni redaksiyasını da təsdiq edib. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler vədistribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı aşağıdakı şərtlər təmin edilir:

- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında bu şərtlərin əlavəsində göstərilən məlumatların əks olunması;

- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə üçün, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verilməsinə qadağa qoyulmasının əks olunması;

- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilədə abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarının məlumatlandırılması haqqında müvafiq qeydin olması;

- fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması;

- mobil operatorların şəbəkələrində rouminq rabitəsində olan xarici istifadəçilərə aid qeydiyyata alınmış bütün məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasının təmin edilməsi.

Nazirlər Kabineti eyni zamanda "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlər"ə əlavəni - "Rabitə müəssisələri tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan Məlumatlar"ı da təsdiqləyib.

Məlumatlar bütün rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləritərəfindən Azərbaycan dilində "UNİCOD"la yazılmalı və təqdim edilməlidir.
image description