Masallıda bulvar - FOTOLAR

Masallı rayonunda böyük bir layihənin icrasına start verilib.


AzNews.az xəbər verir ki, bu barədə məlumat verən İcra Başçının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Nəsir Muxtarlının sözlərinə görə, Masallıda park-bulvar salınacaq: "Yeni layihə Viləş çayının sahilində inşa edilir. Hazırda layihə üzrə bəndvurma işləri həyata keçirilir.

Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrə qədər uzadılacaq. Park-bulvarda bir sıra obyektlər inşa ediləcək. Burda uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançaları salınacaq. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq. Bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü də inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. İnsanlar park ərazisində qayıqla gəzintiyə də çıxa biləcəklər".

N.Muxtarlı Masallının simasını dəyişəcək park-bulvarın 2016-cı ilin sonunda istifadəyə veriləcəyini bildirib.