“Azərbaycanda məhkəmə hakimiyyətdən asılıdır“

"Biz bir neçə millət vəkili Abşeron rayon məhkəməsinə müraciət etdik". Bunu Milli Məclisdəki çıxışında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, müraciətlər heç bir nəticə vermədi: "Bizdən başqa bu məsələlər digər ölkələrdə girov yolu ilə həll edilir. Amma Azərbaycanda bu heç cür mümkün olmadı. Mən buna təəssüflənirəm". İ.Ağazadə qeyd edib ki, Azərbaycanda məhkəmə hakimiyyətdən asılıdır.

İlkin Pirəli
AzNews.az