Məhbus qadınlara biznes öyrədilir

İqtisadi İnkişaf və Ədliyyə Nazirliklərinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında treninqlər keçirilib.

İİN-dən verilən məlumata görə, tədbirdə 4 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də azadlıqdan məhkum edilmiş qadınlar iştirak edib.

Tədbir iştirakçılarına biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtibi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib. "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında təqdimatlar keçirilib.

Elnarə Əlosmanqızı
AzNews.az