Bakıda bal izdihamı - FOTO

Bu gün Bakıda şadlıq saraylarından birində təşkil edilən bal yarmarkasında izdiham yaşanıb. Sərgi-satış yarmarkasında 51 istehsalçı arıçılıq məhsullarını satışa çıxarıb ki, alıcıların sayının həddindən artıq çox olması yarmarkada izdihamın yaranmasına səbəb olub. Bəzi bal istehsalçılarının yarmarkada iştirakla bağlı müraciətləri müsbət dəyərləndirilsə də, onlar satış keçirilən əraziyə daxil ola bilməyiblər.

Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov yarmarkada 51 rayondan 200 istehsalçının iştirak etdiyini bildirərək ötən il bu sayın daha artıq olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, yarmarkaya bal və arıçılıq məhsulları çıxarmaq istəyənlərin bəzilərinə hələ cavab verilməyib. Bu isə məhsulun laboratoriya şəraitində yoxlanılması prosesinin davam etməsi ilə əlaqədardır.

20 gün davam edəcək yarmarkada balın hər kiloqramını 15 manatdan baha satanlar cəzalandırılacaq və onlar gələn il təşkil ediləcək yarmarkada iştirak hüququndan məhrum ediləcəklər.

Elnarə Əlosmanqızı
AzNews.az
image description image description image description image description image description