Ramazan ayının 20-ci günü: İmsak və iftar vaxtları: Ramazan ayının 20-ci günü: İmsak və iftar vaxtları:

“Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç” - Bu günün duası

Ramazan ayının 20-ci günü: İmsak və iftar vaxtları:


Bu gün Ramazan ayının 20-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:48-də bitir. İftar isə saat 21:30-dadır.

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".

AzNews.az xəbər verir ki, Ramazan ayının 20-ci gününün duası belədir:

"Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oхumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!".

(Allahumməftəh fihi əbvabəl-cinan və əğliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu’minin!)

P.S. Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.