Etbar Babayev ATV-dəki yeni vəzifəsinin icrasına bugündən başlayıb. Etbar Babayev ATV-dəki yeni vəzifəsinin icrasına bugündən başlayıb.

Etibar Babayev ATV-dəki vəzifəsindən danışdı

Etbar Babayev ATV-dəki yeni vəzifəsinin icrasına bugündən başlayıb.


Bu barədə AzNews.az-a açıqlama verən E.Babayev Bədii Şuranın ilk rəhbəri olduğunu bildirib: "Bədii şura televiziyada verilişlərə nəzarəti həyata keçirəcək. Son zamanlar kanallarda baş verən xoşagəlməz hadisələrin baş verməməsi, ATV kanalında da təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik".


***
19:15

Tanınmış telejurnalist Etibar Babayevə yeni vəzifə verilib.

AzNews.az-ın lent.az-a istinadən məlumatına görə, o, "Azad Azərbaycan" telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. E. Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək.

Məlumat ATV-dən təsdiqlənib.

Qeyd edək ki, E. Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.