«Azərbaycan dili» fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb. «Azərbaycan dili» fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb.

Abituriyentlərin nəzərinə - İmtahanların nəticələri açıqlandı

«Azərbaycan dili» fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb.


AzNews.az TQDK-ya istinadən xəbər verir ki, dünən Bakı və Naxçıvan şəhərlərində keçirilmiş imtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə ya da mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə nəticələri haqqında öyrənə bilərlər.

Qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.

"Azərbaycan dili" fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.