- Köhnə - Cəmiyyət
- 17 Oktyabr 2012 14:45
- 3 342
Komitədə İnformasiya Mərkəzi fəaliyyətə başladı

Bundan əlavə Dövlət Komitəsinin sosial şəbəkələrdə səhifələrinin yaradılması, habelə diaspor mövzusu ilə əlaqədar müzakirələr təşkil edəcək. Dövlət Komitəsinin rəsmi web-saytının təkmilləşdirilməsi, sayta gündəlik nəzarət, yeni bölmə və əlavə modulların yaradılması, o cümlədən saytın elektron xidmətlər üçün uyğunlaşdırılması mərkəzin fəaliyyət istiqamətlərindən biri olacaq.
Məlumatda bildirilir ki, İnformasiya Mərkəzinin əsas vəzifələri arasında elektron xidmətlərin hazırlanıb təhvil verilməsindən sonra sistemin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi, elektron xidmətlərlə bağlı müvafiq prosedurların icrasının təmin olunmasıdır. Komitənin "Ölkəm" jurnalının saytının idarə olunması, sayta mütəmadi olaraq xəbərlərin qoyulması da İnformasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
İlkin Pirəli
AzNews.az