Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydalarını pozması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib. Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydalarını pozması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

Nazirlikdən general oğluyla bağlı sensasion xəbərlərə - Reaksiya

Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydalarını pozması ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.


AzNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov Report-a deyib ki, baş verən hadisə ilə bağlı danışmaq istəmir.

"Report"un əməkdaşı nazirliyin rəsmisindən soruşub ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini Məhəmməd Sadıxovun yol hərəkəti qaydasını pozması, həmin vaxt içkili olması, yol polisi ilə mübahisə edib onu söyüb təhqir etməsi doğrudurmu, Vergilər Nazirliyi bununla bağlı araşdırma aparıbmı, Məhəmməd Sadıxovun izahatı alınıbmı? Əgər məlumat doğrudursa, Vergilər Nazirliyinin rəhbərliyi yol hərəkətini və ictimai qaydanı pozan əməkdaşı haqda hansı tədbir görüb, əgər məlumat səhvdirsə, Məhəmməd Sadıxova şər atan polisin cəzalandırılması üçün müvafiq qurumlara müraciət olunubmu?

Vergilər Nazirliyinin rəsmisi Şahin Məmmədovun açıqlaması qısa olub: "Yalnız onu deyə bilərəm ki, Vergilər Nazirliyi bu məsələyə münasibət bildirmək istəmir".

Xatırladaq ki, bir neçə gün öncə Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Qasımov yol hərəkəti qaydalarını pozan sürücünü saxlayıb. Bundan sonra polislə sürücü Məhəmməd Sadıxov arasında mübahisə düşüb, sürücü ərazini tərk edib.

Hadisədən bir gün sonra isə polis əməkdaşı Cavanşir Qasımov işdən azad edilib.
Məlum olub ki, M.Sadıxov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavinidir. O, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğludur.