Millət vəkili: “Həbsxanalara münasibət dəyişməlidir”

"Həbsxanalar bizim gözümüzdə: Azərbaycan həbsxanalarında ilkin monitorinqin nəticələri" mövzusunda keçirilən tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa Azərbaycanda bir çox məsələlərə maksimal yanaşmanın müşahidə olunduğunu qeyd edib.

O deyib ki, bütün məsələləri bir ictimai birliyin, hansısa bir dövlət qurumunun üzərinə atmaq düzgün deyil: "Məhkəmələrdə sistemli islahatlar aparılmalıdır. Bu həftə Milli Məclisdə dustaqlarla bağlı qanuna dəyişiklik oldu. Dəyişiklik ondan ibarətdir ki, Ombudusman Aparatının əməkdaşları həbsxanalara icazəsiz getməkdə azaddırlar.

Bu qanunun belə bir şəkildə müzakirəsinə mən öz çıxışımda etiraz etdim. Axı niyə qanunla təkcə Obudusman Aparatı həbsxanalara getməlidir. Bu güzəştlər digər ictimai birlik və təşkilatlara da şamil olunmalıdır. Hesab edirəm ki, Azərbaycanda həbsxanalara münasibət fərqlidir. Bu dəyişməlidir".

İlkin
AzNews.az