- Köhnə - Cəmiyyət
- 17 İyul 2015 11:52
- 3 231
Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yarandı

Bayram və istirahət günləri ilə əlaqədar olaraq Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunmaqdadır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhəddində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.