"Ramazan ayında oruc tutan şəxslər bayramın ilk günlərindən etibarən qidalanma rejiminə həssas yanaşmalıdırlar". "Ramazan ayında oruc tutan şəxslər bayramın ilk günlərindən etibarən qidalanma rejiminə həssas yanaşmalıdırlar".

Ramazandan sonra yeməyə diqqət - Həkim məsləhəti

"Ramazan ayında oruc tutan şəxslər bayramın ilk günlərindən etibarən qidalanma rejiminə həssas yanaşmalıdırlar".


AzNews.az report-a istinadən xəbər verir ki, bunu həkim-dietoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, bədənin bu yeni nizamına sürətli bir şəkildə adaptasiya olması üçün bəzi incəliklərə diqqət etmək lazımdır: "Bir ay ərzində metobolizma-həzm surəti ləngiyən orqanizimi birdən-birə yükləmək ən böyük səhv olardı. Bu baxımdan da yeni qida rejiminə yavaş-yavaş keçmək lazımdır. Ümumiyyətlə Ramazan ayının hikməti insanı sağlam yaşamağa, sağlam qidalanmağa çağırır. Yəni insan nə yediyini və necə yediyini bilməlidir".

Həkim deyib ki, tələsmədən və qidaları qarışdırmadan yemək vacibdir. Dietoloqun sözlərinə görə, əgər insan bir ay ərzində müəyyən qida rejiminə öyrəşibsə, bu rejimi müəyyən müddət saxlamaq lazımdır: "Birdən-birə fərqli qidaları, xüsusi ilə şirniyyat yemək olmaz".

L. Zülfüqarova qeyd edib ki, xüsusilə şirniyyat və un məmulatlarını birdən-birə yemək olmaz: "İlkin olaraq daha çox südlü, ətli, göyərtili qidalara üstünlük verilməlidir. Sonra isə digər qidalara orqanizmi öyrəşdirmək lazımdır. Əgər insanın orqanizminin şirniyyata ehtiyacı varsa, bunu günün birinci yarısında yemək məsləhətdir. Ayrıca bol-bol su içmək lazımdır".

O deyib ki, qidalanma rejiminin birdən dəyişdirilməsi bəzi sağlamlıq problemlərə yol aça bilər: "Qidalanma rejiminin pozulması şəkərli diabet, hipertoniya, ürək, qan-damar sistemi xəstəlikləri, mədə-bağırsaq problemi, həzm aparatının pozulması kimi xəstəliklərə səbəb ola bilər. Ümumiyyətlə, insan qida rejimini birdən-birə dəyişdikdə belə xəstəliklərə rast gəlinir".

Dietoloq bildirib ki, əsasən də risk qrupuna daxil olan insanlar bayramlardan sonra qidalanmalarına və sağlamlıqlarına diqqət yetirməlidirlər.