Bu gündən rezidenturaya qəbul olan namizədlərin qeydiyyat prosesi başlayıb. Bu gündən rezidenturaya qəbul olan namizədlərin qeydiyyat prosesi başlayıb.

Rezidenturaya qəbul başladı - Bu gündən

Bu gündən rezidenturaya qəbul olan namizədlərin qeydiyyat prosesi başlayıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qeydiyyat prosesi iyulun 28-dək davam edəcək.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər tələb olunan Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olan şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məyi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qeyd edək ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 597 namizəddən 521 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur.