“Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib”. “Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib”.

DSMF-nin gəlirləri artdı

“Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib”.


AzNews.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

DSMF sədri cari ilin yanvar-iyun aylarının cəmi gəlirlərindən danışıb: "Cari ilin yanvar-iyun aylarında Fondun cəmi gəlirləri 1466,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 44,8 milyon manat artıb. Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır".

E.Mehdiyev onu da bildirib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əmək haqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir.

"Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transferin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub".

"Cari ilin 6 ayı ərzində DSMF-nin xərcləri 1457,7 milyon manat təşkil edib. Bu vəsaitin 98,2 faizi və ya 1431 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib".