“Metropolitendə kart çatışmazlığı ilə bağlı hər hansı problemimiz yoxdur”. “Metropolitendə kart çatışmazlığı ilə bağlı hər hansı problemimiz yoxdur”.

Metropoliten kart çatışmazlığı probleminə aydınlıq gətirdi: “Yəqin ki, gecikmə olub”

“Metropolitendə kart çatışmazlığı ilə bağlı hər hansı problemimiz yoxdur”.


Bunu AzNews.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O, yaranmış kart çatışmazlığının mərkəzdən gecikmələrlə əlaqəli ola biləcəyini deyib: "Bu saata olan məlumata görə, bu gün sərnişinlər tərəfindən qaytarılan kartların sayı 445-dir. Biz də bu gün 442 ədəd kart satmışıq. Hələ ehtiyatda olan kartlarımız da var. Kartlar mərkəzdən paylanır. Ola bilər ki, çatdırılmada hər hansı problem olmuş olsun. Ümumilikdə kart çatışmazlığı ilə bağlı hər hansı problemimiz yoxdur".

Qeyd edək ki, metro istifadəçiləri 2 gündür ki, kart çatışmazlığından əziyyət çəkir.

Nigar