400 min nəfərə bir kitab mağazası

"Azərbaycanda, xüsusilə paytaxtda kitab mağazaları çox azdır. Təəsəvür edin ki, 400 min nəfərə bir kitab mağazası düşür". Bunu AzNews.az-a "Qanun" Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu bildirdi.

Ş.Xuduoğlunun fikirincə, Fransada iki min nəfərə bir kitab mağazası düşür: "Belə olan halda qənaət ürəkaçan olmur. Yəni, Azərbaycanda olan kitab mağazalarının sayı artmaq əvəzinə, getdikcə azalır. 30-40 min əhalisi olan rayonlarımız var ki, orada bir dənə də kitab mağazası yoxdur".

Bahar Rüstəmli
AzNews.az