Azərbaycan prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Nazirə və komitə sədrinə “Şöhrət” ordeni verildi - Sərəncam (Yenilənib)

Azərbaycan prezidenti İlham Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az-ın məlumatına görə, O.Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

***
18:37

Azərbaycan Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova "Şöhrət" ordeni ilə təltif edilsin".