Bakıda cənub küləyi

Oktyabrın 21-dək respublika ərazisində hava şəraitinn dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Rayonlarda da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Elnarə Əlosmanqızı
AzNews.az