Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 28-də Xızı şəhərində vətəndaşları qəbul edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 28-də Xızı şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-nın sədri sualları cavablandıracaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 28-də Xızı şəhərində vətəndaşları qəbul edəcək.


AzNews.az-ın TQDK- ya istinadən məlumatına görə, qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan, Şuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Xızı şəhəri Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7b ; Tel.: (023) 325-01-21) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar avqustun 19-dan 27-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan, Şuşa rayon və şəhər təhsil şöbələrinə də müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.