Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi yekunlaşıb. Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi yekunlaşıb.

16 805 nəfər seçim etdi

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi yekunlaşıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi dünən saat 00.00-da başa çatıb. Bu müddətdə 16 805 abituriyent ali məktəblərin boş yerlərinə və kolleclərə ərizə verib.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

Yerləşdirmənin nəticələrinin bu gün axşam saatlarında elan ediləcəyi gözlənilir.

Xalid