Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatı bəyanat verdi Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatı bəyanat verdi

“Həbs olunmuş insanlar buraxılsın“

Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatı bəyanat verdi



AzNews.az-ın verdiyi xəbərə görə, ADP Gənclər Təşkilatı iqtidarda olan hakimiyyətin aktiv gənclərə garşı apardığı həbsləri ölkədə diktaturanın bərqərarı kimi qiymətləndirir. Ölkədə insan haqları və azadlıqlarını olmamsının nəticəsidir ki, hakimiyyət istədiyi insanı istədiyi şəraitdə şərləyərək həbs edir.

ADP Gənclər Təşkilatının İdarə heyyətinin üzvü Rəsul Mürsəlovun qondarma ittihamlarla yaşadığı bölgədə həbs edilməsi siyasi sifariş olmaqla bir başa onun siaysi aktivliyi ilə bağlıdır: "Rəsul Mürsəlov Türkiyəli dostu ilə yaşadığı bölğəyə getməsində heç bir sərhəd pozuntusu halı olmadığı halda onlara qarşı Cinayət Məcəlləsinin 318.2 maddəsi ilə cianyət işinin açılması və bir il altı ay həbs edilməsi tam qanuna ziddir. İqtidarın vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmaması, hakimiyyətin talan və yalan siyasətinə qarşı çıxan insanların həbs etməsi tərəfimizdən qətiyyətlə pislənilir".

ADP Gənclər Təşkilatı Azərbaycan hökümətini Beynəlxalq İnsan haqları konvensiyasının müddəlarına əməl etməyə çağırır, həbs olunmüş insanları azadlığa buraxılmasını tələb edir.


AzNews.az