- Köhnə - Cəmiyyət
- 26 Avqust 2015 12:45
- 2 165
IDI-nin seçkilərlə bağlı araşdırması nəşr olundu - FOTO

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) seçkilərlə bağlı apardığı araşdırmalar kitab halında nəşr olunub.
"Seçici Qeydiyyatının Auditi" adlı kitab iki dildə (Azərbaycan və ingilis dilləri) nəşr edilib.
AzNews.az xəbər verir ki, IDI-dən Arqument.Az-a daxil olan məlumata görə, kitabda əskini tapan araşdırmaların əsas məqsədi seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsinə töhvə verməkdir.
Qeyd edək ki, "Seçici Qeydiyyatının Auditi" toplusunda araşdırmalar seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət baxımından monitorinqi prosesidir. Bu metod isə bütün dünyada seçkiləri müstəqil surətdə müşahidə və monitorinq edən təşkilatlar tərəfindən tətbiq olunur.
IDI araşdırmanın aparılması və nəşrin ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü ifadə edir.
