Müstəqil media məkanında daha bir xəbər portalı fəalliyyət göstərəcək. Bu gündən “cebhe.info” saytı (http://www.cebhe.info/) fəalliyyətə başlayır. Eyni zamanda yaxın günlərdə “Cümhüriyət” qəzeti nəşrini bərpa edəcək. Bu barədə məlumatı saytın baş direktoru və qəzetin baş redaktoru Rəfail Becanov verib. Müstəqil media məkanında daha bir xəbər portalı fəalliyyət göstərəcək. Bu gündən “cebhe.info” saytı (http://www.cebhe.info/) fəalliyyətə başlayır. Eyni zamanda yaxın günlərdə “Cümhüriyət” qəzeti nəşrini bərpa edəcək. Bu barədə məlumatı saytın baş direktoru və qəzetin baş redaktoru Rəfail Becanov verib.

Razi Nurullayevin cəbhəsi yeni sayt açdı

Müstəqil media məkanında daha bir xəbər portalı fəalliyyət göstərəcək. Bu gündən “cebhe.info” saytı (http://www.cebhe.info/) fəalliyyətə başlayır. Eyni zamanda yaxın günlərdə “Cümhüriyət” qəzeti nəşrini bərpa edəcək. Bu barədə məlumatı saytın baş direktoru və qəzetin baş redaktoru Rəfail Becanov verib.


AzNews.az xəbər verir ki, Becanovun sözlərinə görə, həm qəzet, həm də "cebhə.info" saytı ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri, habelə dünyada baş verən maraqlı hadisələri oxuculara çatdıracaq:



"Biz müstəqil fəaliyyət göstərəcəyik. Siyasi və sosial qruplara qarşı ayrı-seçkilik edilməyəcək. Əsas işimiz söz və mətbuat azadlığı prinsiplərinin qorunması, cəmiyyətin bütün təbəqələrində demokratik prinsiplərin bərqərar olması və oturuşmasına dəstək verməkdir".

"Siz həm də AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvüsünüz. Bəs Əli Kərimli ilə münasibətlər necə qurulacaq" sualına cavabında Rəfail Becanov bildirib ki, nə qəzeti, nə də saytı kiminsə üzünə bağlamaq niyyətində deyillər:

"Tolerantlıq, dözümlülük prinsipi ilə işləməyi qarşımıza məqsəd qoymuşuq. Şəxsi mövqeyimiz, demokratiyaya sayğımız yerdən göyə qədər fərqli olsa da, KİV olaraq, həm "Cümhuriyət" qəzetində, həm də "cebhe.info" saytında Əli Kərimliyə də, digərlərinə də tribuna verməyə hazırıq. Bizim əlində olan informasiya rıçaqlarını şəxsi qisas alətinə çevirən bu kimi adamlardan fərqimiz də bu olacaq. Bu gün onun əlində olan mətbuat orqanı təhqir və böhtan maşınına çevrilib. Onun mövqeyini qəbul etməyənlər, onu tənqid edənlər həmin mətbuat orqanına yaxın buraxılmır. Biz isə əksini göstərəcək, həm də söz və mətbuat azadlığının nə olduğunu bu adamlara başa salmağa çalışacağıq. Ona görə də istəsə Əli Kərimliyə həm qəzetdə, həm də saytda, şər və böhtandan uzaq fikri olacaqsa, çıxış imkanı tanımğa hazırıq".