- Köhnə - Cəmiyyət
- 21 Oktyabr 2012 19:01
- 2 407
Təhlükəsizlik və müdafiə sektonunda ümumi itki sayı bəlli oldu

Onun sözlərinə görə, ötən müddətdə 72 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 61-i isə qeyri-döyüş itkiləridir.
Mərkəz rəhbərinin verdiyi məlumata görə, 7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 12 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 71-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə? (72 nəfər) onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 13-ü erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 28-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.
67 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.
AzNews.az